Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Sirl?r x?zin?si

Vikipediya saytından
Naviqasiyaya kec Axtarı?a kec
Sirl?r x?zin?si
????????????
M?xz?nul-?srar
Mu?llif Nizami G?nc?vi
Janr m?sn?vi
Orijinalın dili fars dili
T?rcum?ci Suleyman Rust?m
Abbas?li Sarovlu
X?lil Rza Uluturk
Sonrakı Xosrov v? ?irin
Vikianbarın loqosu  Vikianbarda ?laq?li mediafayllar

"Sirl?r x?zin?si" ( fars. ???????????? M?xz?nul-?srar ) ? Nizami G?nc?vinin ilk iri h?cmli ?s?ridir. Yaxın v? Orta ??rq ?d?biyyatında didaktik poema janrının ?n qiym?tli numun?si olan [1] bu ?s?r ?airin yaradıcılı?ında epik ?eir sah?sind? ilk q?l?m t?crub?si idi. ?s?r hicri tarixil? 570-ci ild? yazılmı?dır ki, miladi t?qvim il? 1174?1175-ci ill?r? uy?un g?lir. "Sirl?r X?zin?si" zahir?n Nizamiy? q?d?r Yaxın v? Orta ??rq ?d?biyyatında geni? yayılan didaktik ?s?rl?r silsil?sin? daxildir. Movzuca, m?qs?dc? mu?yy?n d?r?c?d? " K?lil? v? Dimn? ", " Qutadqu bilik ", "H?diq?tul-h?qiq?", "Siyas?tnam?", " Qabusnam? ", "C?har m?qal?" v? sair kimi ?s?rl?r? yaxın olan "Sirl?r X?zin?si" h?m d? onlardan f?rql?nir. Nizami sanki ozun?q?d?rki didaktik ?d?biyyatı yekunla?dırıb ona daha yuks?k humanist [2] v? demokratik [2] istiqam?t vermi?dir.

Poema muxt?lif m?s?l?l?r? h?sr edilmi? muq?ddim?, m?qal?tl?r v? bu m?qal?tl?ri epik lovh?l?rl? ?ks etdir?n kicik hekay?l?rd?n ibar?tdir. Kitabın tamamlanması haqqında kicik b?hsl? poemaya yekun vurulur. Ba?lan?ıcda ?air tovhid, minacat, n?t adlı ba?lıqlar altında Allahdan, Pey??mb?rd?n sohb?t acır, ?slam dini ehkamları c?rciv?sind? onları t?rifl?yir. Zamanın t?l?bin? uy?un h?r?k?t ed?n ?air bu b?hsl?rin ozund? bel? ?n?n?vi dini ifad?l?rl? olsa da, cox ciddi ictimai probleml?r? toxunur. Nizaminin s?n?tkar movqeyi bu hadis?l?r? munasib?td? d? acıq-aydın diqq?ti c?lb edir; ?air oxucunu h?y?canlandırır, ?airin ?fvali-ruhiyy?si, ur?k t?latuml?ri oxucuya da siray?t edir. M?lum olur ki, butun bu t?rifl?r, muraci?tl?r ?sil m?tl?b? kecm?k ucun bir b?han?dir. Z?man?sind?n son d?r?c? narazı olan ?air Allah a v? Pey??mb?r ? d? boyuk ideallar namin? muraci?t edir, q?dim duzluk v? do?ruluq, t?mizlik dovrunun, islamın ilk ill?rinin h?yatını qaytarma?a ca?ırır.

?deya v? m?zmunu

[ redakt? | m?nb?ni redakt? et ]
"?ki r?qib alimin hekay?si"

Nizaminin ?dal?tli insan c?miyy?ti haqqında siyasi-ictimai-?xlaqi fikir v? du?unc?l?ri, ?erin epik-lirik janrda ilk q?l?m t?crub?si olan "Sirl?r X?zin?si"nd? h?r biri ayrı-ayrılıqda bitkin bir s?n?t ?s?ri olan iyirmi m?qal? v? muq?ddim?d? p?rak?nd? halda, da?ınıq verilmi?dir. Bu p?rak?nd?liy? baxmayaraq iyirmi ?sas m?qal? v? b?dii muq?ddim?d? qoyulmu? movzu v? ideyalar m?ntiqi sur?td? bir-biri il? ba?lanıb ?s?rin vahid movzu v? ideyasını ifad? edir. ?ctimai ?m?k, yuks?k v? a?a?ı t?b?q? uzvl?rinin ?xlaqi keyfiyy?tl?ri, c?miyy?tin qurulmasında ?er v? ?airin rolu kimi movzu v? ideyalar butunlukd? ba? movzunun, ?dal?tli insan c?miyy?ti haqqında fikir v? du?unc?l?rin i?ıqlandırılmasına xidm?td?dir.

H. Araslı "Sirl?r X?zin?si"nin ?sas ideya v? movzusunun ?dal?t v? ?m?k movzusu oldu?unu, umumiyy?tl? bu movzuda dovrun muhum ictimai-siyasi v? ?xlaqi m?s?ll?rinin oz ?ksini tapdı?ını qeyd edir. [3] Y. E. Bertels "Sirl?r X?zin?si"nin movzusundan danı?dıqda ?s?rin ?sasında ?airin ?dal?t v? ?m?k haqqında fikirl?ri, veril?n sozun ustund? durmaq, r?hmli olmaq, qızıla nifr?t, h?qiqi dostluq kimi ?xlaqi m?s?l?l?rin durdu?unu gost?rmi?dir. [4] F. Qasımzad? "Sirl?r X?zin?si"nin ayrı-ayrı m?qal?l?rind? qoyulmu? movzu v? ideyaları ?sas?n ?dal?t, ?m?k v? ?xlaq kimi uc istiqam?td? qrupla?dırıb t?hlil etm?yin mumkun oldu?unu qeyd edir. [5]

"Sirl?r X?zin?si"nin mu?yy?n f?sill?ri soz, c?miyy?td? onun rolu, ?er v? onun n?srd?n yuks?kliyi, dovrun feodal saraylarında yaradılan ?eir, umumiyy?tl? ictimai-?xlaqi fikirl?r, a?ılamaqda ?erin boyuk t?sir quvv?sin? malik olması kimi probleml?r? h?sr edilir. Nizami sozu ilahi v?hyl? ba?layıb qeyd edir ki, ilk yaranan varlıq soz olmu?dur. Fikir sozl? ifad? olundu?u ucun h?yatda ba? ver?n butun yenilikl?rin s?b?bi yalnız sozdur. Elm, bilik soz vasit?siyl? ifad? edilir, sozun gorduyu i?l?ri n? qızıl x?rcl?m?k, n? d? qılıncla, zor i?l?tm?kl? ?ld? etm?k olmaz. Soz vasit?siyl? is? olk?l?r almaq olar:

" O soz q?l?b? ?ld? etm?k ucun bayraqdan daha ?sadır
V? olk?l?r almaq ucun qılıncdan daha artıqdır.
[6]
"

Nizami xusus?n b?dii sozu, n?zmi sozun ?n qiym?tli v? t?sirli hiss?si hesab edib, "N?zm v? qafiy?siz sozl?r s?rraflar yanında qiym?t almı?sa, qafiy?li sozl?r daha qiym?tlidir" ? deyir. Lakin Nizaminin fikrinc?, h?r cur ?er quvv?tli v? t?sirli ?er yalnız boyuk z?hm?t bahasına ba?a g?lir. H?r qafiy? li soz yaradana ?air dem?k olmaz. "?airlik s?n?ti cox inc? v? qudr?tli s?n?tl?rd?n biri olmu?dur." "?lham vaxtı ?airl?r soz vasit?sil? x?zin?l?r acarlar, ?er yaradark?n onu d?rind?n fikirl??m?li, h?r sozun m?ftunu olmamalı, ?g?r bel? olrsa ?er d? d?y?rli olar." Nizami gost?rir ki, ?er yaradark?n sozl?ri secm?k, bir soz yaratmaq ucun yeddi goyu g?zib axtarmaq lazımdır.

" Bir govh?r ?ld? ets?n, do?unu ir?li verm?,
Sin?nd? ondan daha yax?ısını axtar.
[7]
"

Nizami ozunun ?dal?tli insan c?miyy?ti haqqında arzularında dovrun ?ah v? hokmdarlarına boyuk ?h?miyy?t verirdi. ?air? gor?, ?ah xalqın d?rdin? ??rik olan, xalqı ucun calı?an, zulmu m?hv ed?n olmalıdır. Ozu ?ziyy?t c?ks? bel?, ?ah, r?iyy?tin ?ziyy?tin?razı olmamalıdır. Nizami ?ah v? hokmdarın v?zif?l?rini mu?yy?nl??dir?rk?n qeyd edir:

" Gun?? suvaril?rinin kolg?sini t?qib et,
Oz ?ziyy?tini v? dostlarının rahatlı?ını ist?.
D?rmanver?nlik, d?rdalanlıq et
Ki, s?ni f?rmanver?nliy? catdırsınlar.
M?h?bb?tl? qızın, gund?n uzaqla?
Ay v? gun?? kimi cavanm?rd ol.
[8]
"

Lakin Nizami gorur ki, onun arzuladı?ı sif?tl?r z?man?sinin ?ah v? hakiml?rind? yoxdur.

" Bu dovrd? ?dal?t goy? ucub
Simurq qu?unun qanadında v?t?n duz?ltmi?dir.
Bu mavi cardaqda ??rt qalmamı?dır,
Bu asılı torpaqda su qalmamı?dır.
[9]
"

Nizami ozunun ?dal?tli qurulu? haqqındakı fikirl?rinin ilk b?dii ifad?si olan "Sirl?r X?zin?si"nd? h?l? ?ah v? hakiml?r? n?sih?t etm?k yolu il? onların islah edil?c?yini guman edirdi. Buna gor? d?, tarixd?n v? ?fsan?l?rd?n aldı?ı ?ahları ozunun idealı kimi verib, muasiri olan ?ahlara t?sir etm?k ist?yirdi. Nizaminin tarixd?n alıb idealla?dırdı?ı ?ah obrazlarından biri, adı ?dal?tli ?ah kimi xalq arasında yayılmı? Nu?ir?vandır. "Sirl?r X?zin?si"nd? t?svir edil?n Nu?ir?van hakimiyy?tinin ilk dovrund? zulmkar bir ?ahdır. O, cox zulm etdiyi ucun olk?si da?ılıb, r?iyy?ti zulm v? ?ziyy?tl? ya?ayır. Lakin hokmranlı?ının sonrakı m?rh?l?sind? oxucu bu zulmkar ?ahın d?yi?ikliyinin ?ahidi olur. ?ah, qu?ların dili il? deyilmi? bir nec? k?lm? sozd?n ibr?t alıb, ?dal?tli bir hokmdara cevrilir. [10]

Nizami m?qb?r?si yanında Adil Nu?ir?van il? v?zirin heyk?li

?air gost?rir ki, ?ah v? zulmkar hakiml?r onun n?sih?tl?rin? qulaq asmayıb oz zulmkarlıqlarını davam etdirs?l?r, bu hec d? onlar ucun yax?ı n?tic? verm?z. Xalqın humm?ti ?ahlar v? zulmkarlar ucun qorxuludur. Bir nec? adamın birlikd? humm?ti ?ah v? hakimi yerind?b oynada bil?r. ?ah ??rab v? ba?qa vasit?l?rl? s?rm?st olarsa, onda onun v?zirl?ri v? saray adamları bundan istifad? edib, xalqın ba?ına olmazın oyunar aca bil?rl?r, xalq is? gunahı ?ahda gor?r. Olk?nin v? ?ahın mudafi?si z?ifl?y?r. Du?m?nl?r bu olk?nin uz?rin? ba? qaldırar. ?air bu fikirl?rini t?sdiq etm?k ucun "Sultan S?nc?r v? qarı" hekay?sini yaradır. Sultan S?nc?r S?lcuqlular sulal?sind?n olan, Nizamid?n bir nec? il ?vv?l v?fat etmi?, ey?-i?r?t? ba?ı alud? oldu?undanolk?nin idar?sini oz yaxın adamlarına tap?ırmı? zulmkar ?ahdır. Ona vergi ver?n bir tayfaya ?dal?tsizlik edib, onlardan alınan vergini artırdı?ı ucun h?min tayfa t?r?find?n ?sir edilir, bunun n?tic?sind? ?ahlıq ?lind?n cıxır, ?sirlikd?n qacdıqdan sonra is? olk?sinin qar?t v? talan edildiyini gor?r?k, cox ya?aya bilm?yib olur. [11] Nizami bu tarixi hadis?l?rd?n istifad? edib, Sultan S?nc?ri oz muasirl?rin? numun? kimi t?qdim edir.

H?min motiv yeddinci m?qal?td? d? ozunu gost?rir. Burada da ?air zulmkarla bildirir ki, ?g?r zulm edib xalqı incits?n, xalq da s?n? qar?ı olar. ?ksin?, xalqın d?rdl?rin? can yandırsan, onlar da bunun ?v?zind? s?n? can-ba?la r?iyy?tlik edib, horm?tini gozl?rl?r. XII m?qal?td? d? ?air ?dal?t m?s?l?sin? toxunur, lakin burada o, problem? dini ?saslarla yana?ır. XIV m?qal?td? ?air yenid?n IV m?qal?td? qeyd etdiyi fikr? qayıdır. XX m?qal?td? Nizami z?man?sinin paxıl saray adamlarını t?nqid edir. "Bulbul v? qızılqu?un dastanı" nda Nizami qızılqu?un danı?mamaq xasiyy?tini b?y?ndiyi v? bunu m?sl?h?t gorduyu kimi, h?mi?? n? gors? danı?an, gorduyu noqsanları acıq ??kild? dil? g?tir?n alleqorik bulbulun simasında zulm v? istismarı gorub d?rk ed?n, susma?ı bacarmayan ozu kimi mut?f?kkirl?ri n?z?rd? tutur.

Nizami poemanın II, IV, XIV m?qal?tl?rind?ki "Nu?ir?van v? bayqu?ların sohb?ti", "Sultan S?nc?r v? qarı", "Zalım ?ahla do?rudanı?an qoca" dastanlarında zalımın zulmun? dozm?m?yi, onun zulm v? ?ziyy?tl?rini uzun? soyl?m?yi m?sl?h?t gorurs?, XVIII v? XX m?qal?tl?rd? zalımın zulmun? qar?ı susma?ı, t?nqid etm?d?n ?l c?km?yi m?sl?h?t gorur. Bu iki fikir ziddiyy?tli olsa da, Nizami ?sas fikirl?rini II, IV v? XIV m?qal?l?rd? ifad? etmi?dir. XVIII v? XX m?qal?tl?rd?ki "C?m?idin munisi" v? "Bulbul v? qızılqu?un dastanı" hekay?tl?rind? ?air ozunun t?qib edilm?sind?n ehtiyat etdiyi ucun oz fikirl?rini p?rd?l?yib, simvollardan istifad? edir.

XII m?qal?td? Nizami ?m?yi t?bli? ed?r?k, saraylarda ?ahlara yaltaqlıq edib bir parca cor?k qazanmaqdansa, d?v? kimi fiziki ?m?kl? m???ul olma?ı, "fill?rin aya?ına dola?mama?ı" m?sl?h?t gorur. ?air h?r bir i?? giri??rk?n, onu s?yl?, calı?qanlıqla yerin? yetirm?y? ca?ırır. VIII m?qal?td? z?man? v? z?man? ?hlind?n ?ikay?t motivi ?sas yer tutur. ?s?rin III m?qal?tind? ?air, "z?man?sind? adamlı?ın aradan qalxması", "bal sufr?si" olan dunynın z?man? ?hlinin ?li il? "arı yuvası" na donm?sini t?svir ed?r?k "insanların z?man?nin pisliyi ucbatından bir-birini h?z?r etm?l?ri"ni qorxmadan if?a edir. XI m?qal?td?, Nizami z?man?sini "Divl?r m?kanı" na b?nz?dib, onun dirilik suyunun ciy?r qanı olmasını gost?rir. ?air m?n?m-m?n?m deyib qururlanan z?man?sinin lov?a adamlarına uz tutaraq onları qururdan ?l c?km?y? ca?ırır:

" Ey torpaqdan saxta ??kild? duz?ldilmi?, n? q?d?r qururlanırsan?
Ey iki-uc batmanlıq sumuk, n? q?d?r m?n?m-m?n?m dey?c?ks?n?
[12]
"

Nizami G?nc?vi "Sirl?r X?zin?si"ni yazark?n ozun? q?d?r ??rq ?d?biyyatında sabitl??mi? bir sıra ?n?n?l?ri t?kmill??dir?r?k orijinal movqed?n cıxı? etmi?dir. H?min c?h?t birinci d?f? hind alimi ?. A. ?hm?din diqq?tini c?lb etmi?dir. O, qeyd edir: "Xac? Nizami G?nc?vi q?dim uslubu d?yi??r?k m?sn?vi dem?kd? yeni bir t?rz ixtira edib, sozu b?z?mi? v? birinci olaraq o, bu nazik, c?tin yolla getm?kl? namunasib sozun sir-zibilini, xo?ag?lm?z, da?-k?s?kli v? b?y?nilm?z qafiy?l?ri bu yoldan t?mizl?y?r?k, ?er mulkunu nizama salmı?dır." [13]

Nizami "Sirl?r X?zin?si"nd? ?sas m?tl?b? ba?lamazdan ?vv?l tovhid, n?t, merac, ?s?rin ithaf edildiyi ??xs? xitab, kitabın yazılması s?b?bi v? sonda x?tmi-kitab, habel? h?r bir n?z?ri m?qal?t? aid yalnız bir didaktik hekay? verm?k kimi formaları ?d?biyyata g?tirm?kl? didaktik poema janrını forma c?h?td?n t?kmill??dirmi?dir. Fars d?ri dilind? Nizaminin "Sirl?r X?zin?si"n? kimi ?ruz v?zninin s?ri b?hrind? ayrı-ayrı beytl?r olsa da, [14] boyuk h?cmli didaktik poemalarda bu b?hrd?n istifad? edilm?si haqqında hec bir m?lumat yoxdur. "Sirl?r X?zin?si"nd?n ?vv?l yazılmı? didaktik poemalar is? ?ruzun H?z?c b?hrind? yazılmı?dır.

Nizaminin "Sirl?r x?zin?si"nin forma orijinallı?ı ?s?rin ?sas hiss?sind?ki mut?nasiblikl? m?hdudla?araq qalmır. ?s?r eyni zamanda didaktik-?xlaqi movzuda yaradılan orta ?sr poemalarının giri? hiss?sini sisteml??dirm?k, t?kmill??dirm?k i?ind? d? numun? ola bil?r. "M?xz?n-ul-f?vaid" in yazdı?ına gor? Nizamid?n ?vv?l didaktik movzuda yazılmı? ?s?rl?r giri?siz olub bird?n-bir? ?s?rin ?sas hiss?si il? ba?layırdı. [15] H?l? birinci d?f? M?cdud S?nai ozunun "H?diq?t-ul-h?qaiq"ind? dini hissl?r, kitabın ithaf edildiyi ??xsin m?dhi, kitabın t?rtibi haqqında f?sill?r yaratma?a calı?ıb, m?sn?vi il? yazılmı? ?xlaqi poemalar ucun yeni vahid bir forma t?rtib etm?k ist?mi?dir. Lakin S?nai buna qism?n muv?ff?q ola bilmi?dir. [16] S?nainin poemasında tovhid, minacat, pey??mb?rin, imamların, ?s?rin ithaf olundu?u hokmdarın m?dhi, soz, ?er v? saray ?eri haqqında verilmi? hiss?l?r da?ınıq ??kild? oz ifad?sini tapmı?, vahid bir qaydaya riay?t edilm?mi?dir. Bu f?sill?r "H?diq?t-ul-h?qaiq"in ?vv?li, ortası v? sonunda s?liq?siz ??kild? verilmi?dir. Nizami is? s?l?finin bu nizamsızlı?ını qaydaya salıb, orta ?sr poemalarının ondan sonra ?n?n?vi olan giri?ini formala?dırmı?dır.

Hekay?t v? m?qal?tl?r

[ redakt? | m?nb?ni redakt? et ]
M?qal?t Hekay?t
"Ad?min yaradılmasına dair" "Umidsiz pad?ahın ba?ı?lanması dastanı"
"?dal?tli v? insaflı olma?a dair" " Adil Nu?ir?van il? v?zirin hekay?ti "
"Dunya hadis?l?rin? dair" " Suleyman pey??mb?rl? qoca ?kincinin hekay?ti "
"R?iyy?tin haqqını pad?ahın qoruması" " Qarı il? Sultan S?nc?rin hekay?ti "
"Qocalı?ın sif?tl?ri" " K?rpick?s?n qocanın hekay?ti "
"Varlı?ın etibarı haqqında" " Ovcu il? itin v? tulkunun hekay?ti "
"?nsanlıq m?rt?b?sinin butun xilq?tl?rd?n ustunluyu" "Firidun ?ahın ceyran ovu hekay?ti"
"Yaradılı?ın husnun? dair" "Meyv?satanla tulkunun v? cibk?s?nin hekay?ti"
"Dunya qay?ılarından qurtulma b?hsi" "Tovb?sini pozan zahidin hekay?ti"
Sultan M?h?mm?d ? "Sultan S?nc?r v? qarı hekay?ti", 1539?1543, Britaniya kitabxanası , London .

Nizaminin v?fatından sonra "Sirl?r X?zin?si" haqqında ilk muf?ss?l m?lumata XIII ?sr tarixcisi ?bn Bibinin hicri 679-cu ild? (miladi 1280) tamamladı?ı "Kicik Asiya s?lcuqil?rinin tarixi" adlı turkc? yazdı?ı ?s?rind? t?saduf edilir. [17] ?bn Bibid?n ?vv?l is?, Hindistan t?zkir?cisi M?h?mm?d Ovfinin "Lubab-ul-?lbab" adlı ?s?rind? "Sirl?r x?zin?si" poemasının yalnız adı c?kilir. [18] M. Rav?ndinin "Rah?t-us-sudur v? ay?t-us-surur" adlı ?s?rind? is? poemadan bir nec? beyt verilir. [19]

?bn Bibi, Sultan Rukn?ddin Arslan ?ah ibn-To?rulun Abxaziyada qalxmı? usyanı yatırmaq ucun Mucis?ddin To?rul ?ah v? M?nguc?k n?slind?n olub, ?rzincanda hakimlik ed?n B?hram ?ah ?bn Davud il? birlikd? ora qo?un gond?rm?sini t?svir ed?rk?n, B?hram ?ah ibn Davudun m?dhi munasib?til? yazmı?dır:

"On il mubd?-ul-k?lam xac? imam Nizamiye G?nc?yi "M?xz?n-ul-?srar" kitabını onun Humayun badigahı adına durre m?knun kimi silki n?zm? g?tridi. H?zr?tin? h?diyy? v? tofh? gond?rdi: M?lik d?xi ona be? min altın v? ayrulu v? ayunlu at v? be? a?kun qatırları a?ır v? faxir qiym?tlu t??rif v? m?lbus mur?sse t?rsi? c?vahir v? z?vahir birl? ona ?nam buyurulub, n?vvab v? huccabından bir kims?n? il? ki, onunla muxatib? v? mukalim?y? layiq ola, irsal buyurdu v? ol kitabı t?hsinu m?dh qılıdı." [20]

Nizaminin "Sirl?r X?zin?si"ni ?rzincan hakimi B?hram ?ah ibn-Davud adına yazması v? bunun muqabilind? ?ahdan qiym?tli h?diyy? v? tofh?l?r alması haqqında ?bn Bibi t?r?find?n verilmi? bu m?lumat XIX ?srin sonlarına kimi ??rq t?zkir?l?rind?, cuzi d?yi?iklik v? ?lav?l?rl? t?krar edilmi?dir. [21] B?zi t?zkir?cil?r ?s?rin yalnız adını c?kir, [22] [23] b?zi t?zkir?cil?r is? Nizaminin h?yat v? yaradıcılı?ından b?hs ets?l?r d? "Sirl?r X?zin?si" haqqında hec bir mulahiz? ir?li surmurl?r, [24] ya da ?airin birinci poemasından g?tirdikl?ri parcalarla kifay?tl?nirl?r ki, bu parcalar da ad?t?n ?s?rin ?vv?lind? verilmi? tovhid, n?t v? meracdan ibar?t olur. [25]

Nizaminin t?dqiqi tarixind?n danı?an A. Krımski v? Y. E. Bertels , h?m d? sonrakı mu?llifl?r ?bn Bibinin bu m?lumatını t?dqiq ets?l?r d?, nizami?unaslıqda mubahis?l?r? s?b?b olan "Sirl?r X?zin?si"nin yazıldı?ı il haqqında onun verdiyi m?lumata n?z?r yetirm?mi?l?r. Halbuki ?bn Bibi "Sirl?r X?zin?si"nin Abxaziyadakı usyanı yatırmaq ucun ora qo?un gond?rildiyi ild?, y?ni hicri 574-cu ild? miladi 1178 ? 1179-cu ill?rd? yazıldı?ını v? gond?rildiyini soyl?mi?dir. [26]

XVIII?XIX ?sr t?dqiqatlarında

[ redakt? | m?nb?ni redakt? et ]

1786-cı ild? Hindistanda cap edil?n "S?fineyi-Asiyayi" m?cmu?sinin ikinci nomr?sind? "Sirl?r X?zin?si"nin iyirmi m?qal?tinin n??ri [27] v? V. Cons t?r?find?n ingilis dilin? t?rcum?si [28] , h?min m?qal?tl?rin Rusiya v? Avropada yenid?n n??ri, L. Hayn t?r?find?n latın dilin? t?rcum?si [29] bu ?s?r? Avropa ?d?biyyat?unaslı?ında maraq yaratmı?dır.

XIX ?srin II yarısında Nizami irsi, o cuml?d?n "Sirl?r X?zin?si"nin Avropada elmi-t?nqidi noqteyi-n?z?rd?n oyr?nilm?si sah?sind? macar alimi V. Baxerin f?aliyy?ti diqq?ti c?lb edir. Baxerin " Nizami " [30] monoqrafiyasının n??ri il? Nizaminin h?yatı v? yaradıcılı?ının, qism?n d? "Sirl?r X?zin?si"nin t?dqiqind? yeni bir m?rh?l? ba?layır. [31]

V. Baxer "Sirl?r X?zin?si" haqqında o vaxta q?d?r deyilm?mi? yeni mulahiz?l?r ir?li surub, ?s?rin ideya istiqam?ti, yazılması tarixi, ithaf edildiyi ??xsin kim olması kimi probleml?r uz?rind? dayanır. [32] V. Baxerd?n sonra ingilis alimi Carlz Rio Britaniya muzeyind? ??rq ?lyazmalarını t?svir ed?rk?n ozund?n ?vv?lki aliml?rin t?dqiqatlarına da t?nqidi yana?mı? v? onlara duz?li? vermi?dir. [33]

XIX ?srin alman t?dqiqatcılarından Herman Ete is? ozunun "Fars ?d?biyyatı tarixi" nd? t?s?vvuf v? urfan ?erinin inki?afından, n?sih?t v? moiz? ?d?biyyatından danı?ark?n, bu iki tipli ?eirin, Nizaminin "Sirl?r X?zin?si"nd? bir vahid kimi verilm?sini qeyd edir. [34] K?lkutt?d? , ingilis kollecind? fars dili mut?x?ssisi olan hind aimi A?a ?hm?d ibn ?hm?din 1873-cu ild? tamamladı?ı "H?ft Asiman" adlı t?dqiqat ?s?ri "Sirl?r x?zin?si"nin t?dqiqi sah?sind? ciddi addım hesab edilir. ?. ?hm?d "Sirl?r X?zin?si"nin b?hri, bu b?hrin ilk d?f? Nizami t?r?find?n m?sn?vid? i?l?dilm?si, poemanın orijinallı?ı, M?cdud S?nainin " H?diq?tul-h?qaiq " ind?n tamamil? f?rql?nm?si v? ?s?r? yazılmı? cavablar haqqında o vaxta q?d?r ??rq t?zkir?l?rind? v? Avropa t?dqiqatcılarının ?s?rl?rind? qoyulmamı? yeni probleml?ri oz ?s?ri ucun t?dqiqat obyekti secir. [35]

XX?XI ?sr t?dqiqatlarında

[ redakt? | m?nb?ni redakt? et ]
Nizami G?nc?vinin X?ms?si

Sirl?r X?zin?si
Xosrov v? ?irin
Leyli v? M?cnun
Yeddi Goz?l
?sg?nd?rnam?

XX ?srd? Avropada "Sirl?r X?zin?si"ni ingilis dilin? n?srl? t?rcum? edib, geni? ba?lıqla cap etdir?n v? h?min ba?lıqda bir sıra yeni probleml?r qoyub h?ll etm?y? calı?an London Universitetinin fars dili kafedrasının professoru Qulam Huseyn Darab olmu?dur. Darabın t?rcum?sinin ?h?miyy?ti v? muq?ddim?d? qoyulmu? m?s?l?l?r haqqında V. Minorski ozunun t?rcum? haqqında r?yind? danı?mı?dır. [36] Q. H. Darab Nizaminin h?yatı haqqında ?airin oz ?s?rl?rind?n m?lumat toplama?a calı?araq ?n cox "Sirl?r X?zin?si"nin yazılması, ?airin t?v?lludu v? olum tarixl?ri uz?rind? dayanır.

Umumiyy?tl? XX ?srd? "Sirl?r X?zin?si"nin t?dqiqi m?s?l?sind? ilk ciddi addımları ?ran aliml?ri atmı?, ?s?r haqqında bir sıra yeni mulahiz?l?rin meydana cıxmasına v? yeni probleml?rin ir?li surulm?sin? s?b?b olmu?lar. V. D?stgirdi Nizaminin butun ?s?rl?rinin t?nqidi m?tninin hazırlanmaqla qalmayıb, "Sirl?r X?zin?si"nin t?dqiqi sah?sind? d? ?h?miyy?tli mulahiz?l?r ir?li surmu?dur. O, ozunun "G?ncineyi-G?nc?vi" adlı ?s?rind? "Sirl?r x?zin?si" haqqında bir sıra ?h?miyy?tli m?s?l?l?r qoymu?dur. Onun t?dqiqatının ?n qiym?tli c?h?ti "Sirl?r X?zin?si"nd? i?l?nmi?, lakin, lu??tl?rd? az t?saduf edil?n sozl?rin izahına geni? yer verm?si, ?airin b?z?n c?tin anla?ılan t??beh v? b?nz?tm?l?rini, beyt v? misralarını t?hlil v? izah etm?sidir. V?hid bir sıra t?dqiqatcıların mubahis?sin? s?b?b olmu? "Sirl?r X?zin?si"nin yazılması tarixi uz?rind? dayanıb, ?s?rin 1174-cu ild? ba?landı?ı v? 1176-cı ild? tamamlandı?ı fikrini ir?li surmu?dur. [37]

V. D?stgirdid?n sonra, ?randa Nizami v? "Sirl?r X?zin?si" haqqında t?dqiqatlar S. N?fisi t?r?find?n davam etdirilmi?dir. [38] S. N?fisi s?hv?n ?s?rin B?hram ?ah Q?zn?viy? tohf? gond?rilm?sini qeyd edir. [39] O, ?s?rin ideya v? m?zmunundan b?hs ed?rk?n ozund?n ?vv?lki t?dqiqatcıların fikirl?rini t?krar edir, "Sirl?r X?zin?si"nin t?s?vvuf v? urfan t?siri il? yazılmasından danı?ır. [40] ?ran t?dqiqatcıları ic?risind? yalnız ?li ?kb?r ?ahabi ozund?n ?vv?lki fikirl?ri t?krar etm?y?r?k yeni fikirl?r soyl?mi?dir. ??habi "Nizami-?airi-dastans?ra" adlı doktorluq dissertasiyasında "Sirl?r X?zin?si"nin ideya v? m?zmununa, poemanın S?nainin "H?diq?t-ul-h?qaiq"i il? ?laq?si m?s?l?sin? yana?ark?n ?ran t?dqiqatcıları ic?risind? orijinal movqe tutur. O, "Sirl?r X?zin?si"nin t?s?vvuf ?d?biyyatına munasib?ti v? S?nainin "H?diq?t-ul-h?qaiq" ?s?ri il? ?laq?si haqqında Q?rbi Avropa v? ?ran t?dqiqatcılarının on plana c?kdikl?ri m?s?l?ni t?hlil ed?rk?n gost?rir ki, "Nizaminin ?airlik xarakteri onun t?s?vvuf v? urfan xarakterin? ustunluk edir v? bu m?nada S?nai, ?ttar, Movl?vi v? sairl?ri kimi t?s?vvuf ?airl?rin? aid edil?n "arif v? sufi" sozunu Nizamiy? aid etm?k mumkun deyil. Cunki t?s?vvuf ?airl?rinin ?hval v? ?s?rl?rind?n m?lum oldu?u kimi onlar h?yatda asketik t?rz? malik olduqları ucun fikir v? du?unc?l?ri d? urfan m?s?l?l?ri v? t?s?vvuf z?minl?rind? inki?af edir." [41]

Bakı metropoliteninin Nizami metrostansiyasında "Sultan S?nc?r v? Qarı" mozaikası .

XX ?srd? "Sirl?r X?zin?si" Turkiy? t?dqiqatcılarının da diqq?tini c?lb etmi? v? Nizami haqqında danı?ark?n "Sirl?r X?zin?si"nd?n d? sohb?t acmı?lar. M. F. Koprulu ozunun "Turk ?d?biyyatı tarixi" nd? Nizami m?sn?vil?rinin ??rq ?d?biyyatında bir donu? oldu?unu qeyd edir, m?sn?vi janrının Nizami t?r?find?n ?n muk?mm?l formaya salınması fikrini ir?li surur v? bu sah?d? Nizaminin boyuk novator oldu?unu qeyd edir. [42] M. ?. R?sulzad? Nizaminin anadan olmasının 800 illiyi il? ?laq?dar olaraq yazdı?ı "Az?rbaycan ?airi Nizami" adlı ?s?rind? "Sirl?r X?zin?si"nd?n geni? b?hs etmi?dir. [43]

XX ?srin 40-cı ill?rind?n ba?layaraq kecmi? SSR? ?razisind? d? Nizami haqqında ciddi t?dqiqatların aparılmasına ba?lanmı?, Y. E. Bertels , H. Araslı , M. R?fili , X. Yusifli kimi aliml?rin simasında dunya nizami?unaslı?ında yeni-yeni probleml?r qoyulur v? Nizami ?s?rl?rinin, o cuml?d?n "Sirl?r X?zin?si"nin elmi ??kild? oyr?nilm?sin? yeni istiqam?t verilir. Sovet aliml?rinin t?dqiqatlarında ilk d?f? Nizaminin butun ?s?rl?rind? oldu?u kimi "Sirl?r X?zin?si"nd? d? xalq yaradıcılı?ına munasib?ti v? ondan geni? ??kild? istifad? etm?si m?s?l?si ara?dırılır. Akademik H. Araslı qeyd edir ki, "Sirl?r X?zin?si"nin m?zmununu yax?ı d?rk ed? bilm?k, Nizaminin dilinin xususiyy?tl?rini ba?a du?m?k ucun Az?rbaycan folklorunun xususiyy?tl?rini, Az?rbaycan ad?t-?n?n?l?rini d?rind?n bilm?k lazımdır. [44] Prof. C. X?ndan is? yazır ki, ""Sirl?r X?zin?si" hekay?tl?rinin xalq yaradıcılı?ı, xalq r?vay?tl?ri il? ?laq?sind?n danı?ark?n yazır ki, "Sirl?r X?zin?si"nd?ki hekay?tl?rin coxu oz m?zmununu xalq ?d?biyyatı x?zin??sind?n almı? v? Nizami oz s?n?ti il? bu hekay?tl?ri daha da canlandıraraq olm?z ?s?rl?r s?viyy?sin? qaldırmı?dır." [45]

Bakı ??h?rinin Nizami kuc?sind? "Sirl?r X?zin?si" barelyefi.

H. Araslı, [46] M. ?aginyan [47] v? ba?qalarının [48] fikrinc?, "Sirl?r X?zin?si"ni Xurr?mil?r v? Bab?k h?r?katı noqteyi-n?z?rind?n t?dqiq etm?k m?qs?d?uy?un salınmalıdır. M. ?aginyan "Sirl?r X?zin?si"nd?ki ?dal?t v? xalq m?s?l?l?rini m??hur s?lcuq v?ziri ?bulh?s?n Nizamulmulkun " Siyas?tnam? " ?s?ri il? muqayis? etmi?, ox?ar motivl?rin h?r iki ?s?rd? oz ?ksini tapdı?ını gost?rmi?dir. [49]

XX?XI ?srl?rd? Avropa v? AB? -d? son onillikl?rind? "Sirl?r X?zin?si" haqqında bir sıra yeni, b?z?n d? ziddiyy?tli fikirl?r ir?li surulmu?dur. E. Boven 1964-cu ild? "Fars poemalarından" adlı ?s?rind? qeyd edir ki, "Nizami "Sirl?r X?zin?si"ni yazark?n tamamil? t?s?vvuf t?siri altında olmu?dur. [50] Nizami yaradıcılı?ının t?dqiqi sah?sind? uzun ill?r s?m?r?li calı?mı? cex alimi Yan Ripka uzun ill?r davam ed?n t?dqiqatlarından sonra Nizamini "fars-turk m?d?niyy?tinin yetirdiyi ?n boyuk sima" adlandırır. [51]

XX ?srd? Avropa v? AB?-d? "Sirl?r X?zin?si" haqqında nisb?t?n geni? b?hs ed?n aliml?r ic?risind? italyan alimi A. Poqliaro, ingilis-amerikan aliml?ri A. Y. Arberi v? M. Y. Makdonaldın t?dqiqatları diqq?t c?kir. A. Poqliaro qeyd edir ki, "ozun? q?d?rki butun m?sn?vil?rd?n f?rql?n?n "Sirl?r X?zin?si" tamamil? yeni uslubda yazılmı?dır." [52] M. V. Makdonald is? "Nizaminin dini v? sosial goru?l?ri" m?qal?sind? bir t?r?fd?n ?s?ri dini poema adlandırıb, Nizaminin "Sirl?r X?zin?si"ni yazark?n dinin t?siri altında oldu?unu qeyd edir, dig?r t?r?fd?n is? ?airin dind?n oz fikirl?rini t?bli? etm?kd? bir vasit? kimi istifad? etdiyini v? c?miyy?td? mut?r?qqi d?yi?iklikl?r t?r?fdarı oldu?unu soyl?yir. [53]

Nizami haqqında geni? t?dqiqatların mu?llifi olan Az?rbaycan alimi R. Azad? qeyd edir ki, "Sirl?r X?zin?si"nd? duy?uya, irad?y? nufuz gucludur. Zulm v? haqsızlı?a qar?ı etiraz v? mubariz? "Sirl?r X?zin?si"nd?n qızıl bir x?ttl? kecib gedir. Mubarizlik Nizami ?erinin ?sas amill?rind?ndir. [54] R. Azad? uzun zaman dunya nizami?unaslı?ında "Sirl?r X?zin?si"nin "H?diq?t-ul-h?qaiq"? b?nz?dilm?si v? orijinallı?ı haqında olan r?yl?r? yeni bir fikir ?lav? ed?r?k gost?rir ki, "H?diq?t-ul-h?qaiq"d? "Sirl?r X?zin?si"nd?ki siyasi k?s?r yoxdur. Bundan ?lav? alim ilk d?f? olaraq qeyd edir ki, "Sirl?r X?zin?si" il? XI ?sr uy?ur -turk ?airi Balasaqunlu Yusif xas Hacibin " Qutadqu bilik " ?s?ri arasında fikri amal s?sl??m?si vardır. [55]

Elmi-t?nqidi m?tnl?ri

[ redakt? | m?nb?ni redakt? et ]

Nizaminin yaradıcılı?ının, o cuml?d?n "Sirl?r X?zin?si" ?s?rinin muasir elmi t?l?bl?r baxımından t?dqiqin? Avropada ba?lanmı?dır. Avropada birinci d?f? Nizaminin "Sirl?r X?zin?si" tam ??kild?, izahatlarla birlikd? cap etdir?n ingilis alimi N. Bland olmu?dur [17] . XX ?srd? "Sirl?r X?zin?si"nin muasir t?l?bl?r? cavab ver?n t?nqidi m?tni olmadan onun ?traflı t?dqiqi mumkun deyildi. N. Blandın n??r etdirdiyi t?nqidi m?tn is?, artıq oz rolunu oynamı? v? XX ?sr t?dqiqatcılarının t?l?bl?rin? cavab vermirdi. Yeni t?nqidi m?tnin hazırlanması i?ini klassik fars b?dii dilin? d?rind?n b?l?d olan ?ran ?d?biyyat?unası V?hid D?stgirdi oz ohd?sin? goturdu. O, 1935-ci ild? "Sirl?r X?zin?si"nin ?ran kitabxanalarında saxlanan otuz ?lyazması ?sasında t?nqidi m?tni hazırlamaqla bu ?s?rin t?dqiqin? yeni imkanlar yaratdı. [56] Rusiya alimi Y. E. Bertels h?min t?nqidi m?tnin noqsanlı c?h?tl?rini t?dqiq etmi?dir. [57] Lakin bu m?tn "Sirl?r X?zin?si"nin oyr?nilm?si i?ini sur?tl?ndirmi?, bir sıra yeni t?dqiqat ?s?rl?rinin v? t?rcum?l?rinin meydana cıxmasına s?b?b olmu?dur.

Nizami?unaslıqda "Sirl?r X?zin?si"nin t?dqiqi sah?sind? ?n boyuk nailiyy?tl?rd?n biri poemanın yeni elmi-t?nqidi m?tninin hazırlanması olmu?dur [58] . Bu t?nqidi m?tnin ozund?n ?vv?l hazırlanmı? t?nqidi m?tnl?rd?n, h?tta ?ran alimi V?hid D?stgirdinin hazırladı?ı t?nqidi m?tnd?n d? ustun c?h?tl?r? malik oldu?u qeyd edilir. [59] Az?rbaycan alimi ?. ?. ?lizad?nin hazırladı?ı m?tnd? ?s?rin ?n q?dim ?lyazmalarından istifad? edilmi?, ?ubh?li misra v? beytl?rin dig?r ?lyazmalarda nec? qeyd edilm?si d?qiq gost?rilmi?dir. Y. E. Bertels qeyd edir ki, bu t?nqidi m?tn, muasir t?dqiqat ucun mohk?m baza ?sasında yaradılmı?dır. [58] ?. ?. ?lizad?nin hazırladı?ı t?nqidi m?tnd? XIV ?sr? aid ?n q?dim ?lyazması ?sas tutulsa da, b?zi hallarda sonrakı ?srl?rd? uzu kocurulmu? ?lyazmalarının daha mot?b?r olması uz? cıxmı?dır. Bunu Huseyn Pejman B?xtiyarinin 1964-cu ild? Tehranda n??r etdirdiyi "Sirl?r X?zin?si" m?tnind?n v? muq?ddim?sind?n d? gorm?k mumkundur. H. Pejmanın hazırladı?ı m?tn elmi-t?nqidi m?tn hesab edilmir. Cunki, mu?llifin ozu qeyd edir ki, o ?s?ri hazırlark?n, ?lind? q?dim ?lyazmalar olsa da, o h?min ?lyazmalardan t?nqidi ??kild? istifad? etm?mi?, V. D?stgirdinin v? ?. ?. ?lizad?nin t?nqidi m?tnl?rin? ?saslanmı?dır [60] . Lakin H. Pejmanın h?r iki m?tni muqayis?si v? klassik fars-d?ri dilini yax?ı bilm?si, bir sıra yanlı? beyt v? misraları, ayrı-ayrı sozl?ri duzgun ??rh etm?si onun m?tninin ustun c?h?tl?rind?ndir.

B?dii dil xususiyy?tl?ri

[ redakt? | m?nb?ni redakt? et ]
"?ki r?qib alimin hekay?ti", S?f?vil?r dovru ?lyazması, Uolters ?nc?s?n?t Muzeyi .

Nizaminin x?ms?sind? kulli miqdarda atalar sozl?rind?n, z?rbi-m?s?ll?rd?n, aforizm v? idiomatik ifad?l?rd?n istifad? etmi? v? oz ?s?rinin b?dii d?y?rini artırmı?dır. H?m d? onun xalq yaradıcılı?ından, folklordan aldı?ı ifad?l?r, ?sas?n Az?rbaycan xalqı il? ba?lı olmu?dur. El? buna gor? d?, Az?rbaycan xalqının ad?t v? ?n?n?l?rini, dil v? ifad? xususiyy?tl?rini bilm?d?n "Sirl?r x?zin?si"nd? aforizm v? z?rbi-m?s?ll?rl? ifad? edilmi? d?rin m?nanı tamamil? qavramaq qeyri-mumkundur. [61]

Y. E. Bertels "Sirl?r X?zin?si"nin b?dii dilind?n danı?ark?n gost?rir ki, ?air bu ?s?rind? b?dii sozun butun h?qiqi v? m?cazi m?nalarından istifad? edir. Buna gor? d?, "Sirl?r X?zin?si"ni d?rind?n ba?a du?m?k ucun h?rt?r?fli, universal biliy? malik olmaq lazımdır. Y. E. Bertels "Sirl?r X?zin?si"nin bir sıra beytl?rinin Q?rb v? ??rq t?dqiqatcıları t?r?fnd?n do?ru ??rh edilm?diyini gost?rmi?, d?rin m?nalı aforizml?rl? ifad? edilmi? beytl?ri acıb t?hlil etmi?di. [62] Bununla birlikd? Y. E. Bertels "Sirl?r X?zin?si"nd? c?tin anla?ılan t??bih v? t?rkibl?rin i?l?dildiyini, ?airin ?s?rin dilini bil?r?kd?n c?tinl??dirdiyini qeyd edir. "Sirl?r X?zin?si" xalq yaradıcılı?ından g?l?n coxm?nalı ifad?l?rl?, idiomlarla, frazeoloji birl???m?l?rl? z?ngin oldu?u ucun onun d?rin m?nasını ba?a du?m?k do?rudan da b?zi c?tinlikl?r tor?dir. Y. E. Bertelsin poemanın dili haqqındakı mulahiz?l?ri onu bu n?tic?y? g?tirir ki, "Sirl?r X?zin?si" sad? xalq kutl?l?ri ucun deyil, yuks?k savadlı zad?gan t?b?q? ucun yazılmı?dır. [63]

"Sirl?r X?zin?si"nin b?dii dili m?s?l?sini t?hlil ed?r?k orijinal mulahiz?l?r ir?li sur?n akademik H. Araslının fikrinc?, Az?rbaycan xalqı ic?risind? i?l?dil?n z?rbi-m?s?ll?ri, d?rin m?nalı ifad?l?ri, Az?rbaycan folklorunun uslub v? ifad? xususiyy?tl?rini bilm?d?n "Sirl?r X?zin?si"nd? ?airin yaratdı?ı z?ngin m?zmunu h?rt?r?fli ba?a du?m?k mumkun deyildir. [64] H. Araslının fikrinc?, poemada el? parcalar vardır ki, bunların h?r misra v? beytind? bir deyil, b?z?n bir nec? aforistik ifad? v? m?s?l, coxm?nalı soz i?l?nir: "?air fikirl?rini inkia?f etdirdikc? bu aforizml?r bir-birl?rini daha da quvv?tl?ndirir, tamamlayır. Dilin yı?camlı?ı, az sozl? d?rin m?na ifad? etm?k bacarı?ı, h?r sozun yerind? i?l?nilm?si…"Sirl?r X?zin?si" ?s?rinin dunya ?d?biyyatının t?limi ?s?rl?ri ic?risind? xususi yer tutmasını t?min edir." [64]

Y. Ripka alman dilind? yazdı?ı "Nizami k?skin baxı? haqqında" adlı m?qal?sind? "Sirl?r X?zin?si"nd? Nizaminin b?dii sozun butun butun h?qiqi v? m?cazi m?nalarından nec? ustalıqla istifad? etdiyini gost?rm?kl?, poemada i?l?dilmi? bir nec? coxm?nalı sozun t?hlilini d? verir [65] .

Nizaminin "Sirl?r X?zin?si" kompozisiya qurulu?u v? h?cmi il? ozund?n ?vv?lki didaktik poemalardan f?rql?niyi kimi, b?hrinin orijinallı?ı il? d? diqq?ti c?lb edir. "Sirl?r X?zin?si"nd?n ?vv?l didaktik poemalarda bir qayda olaraq ?ruz v?zninin x?fif b?hrind?n istifad? olunurdu. Nizami is? oz poeması ucun s?ri b?hrini secmi?dir. ?s?di Tusinin "Lo?at-ul-fors" undakı s?ri b?hrind?ki bir nec? beyt [66] [67] n?z?r? alınmazsa, birinci d?f? s?ri b?hrini didaktik-?xlaqi movzuda Nizami i?l?tmi?dir. [68] ?air ozu d? b?hr c?h?td?n ona q?d?r m?sn?vi-poema yaradanları t?krar etm?diyini, yeni bir b?hrl? yazdı?ını etiraf edib gost?rir ki, o kecmi? ?n?n?ni pozaraq yeni bir oyun qurmu?, yeni bir q?libd?n heyk?l tokmu?dur.

" Yeni bir oyun quraraq,
Yeni q?libd?n bir heyk?l tokdum
. [69]
"

Bu beytd?n aydın olur ki, Nizami ?s?di Tusinin "Lo?atul-fors"unda olan s?ri b?hrind? yazılmı? bir nec? beytd?n ya x?b?rsiz olmu?dur, ya da h?min bir nec? beyti ciddiy? almamı?dır. M. A. ?hm?d qeyd edir ki, "Nizami m?sn?vi g?misini bu d?ryaya surmu? ilk ??xsdir." [70]

Nizaminin "Sirl?r X?zin?si"nd? istifad? etdiyi s?ri b?hrinin q?tqisi "m?tu’i movquf" adlanır: "Muft?ilun, muft?ilun, failan." X. Huseynov qeyd edir ki, "…s?ri b?hrind? didaktik ?s?r yazmaq cox c?tindir. Lakin Nizami bu b?hrin c?tinliyinin ohd?sind?n g?lmi?, yonulmu?, q?libl?nmi?, b?hrin t?l?bl?rin? tamamil? riay?t edilm?k ??rti il? qiym?tli s?n?t incil?ri yaratmı?dır." [71] Nizamid?n sonra "Sirl?r X?zin?si"nin t?siri altında yaradılmı? didaktik ?xlaqi ?s?rl?rin mu?llifl?rinin, dem?k olar ki, hamısı Nizaminin secdiyi b?hri goturmu? v? s?ri b?hri didaktik planda yazılan ?s?rl?rd? artıq bir ?n?n? ??klini almı?dır. [72]

" Sultan S?nc?r v? qarı hekay?si", 1541, Ermitaj .

Nizami "Sirl?r X?zin?si"ni yaradark?n ilk novb?d? xalq yaradıcılı?ında olan ideya v? movzuları s?n?tkarlıqla i?l?yib z?nginl??dirmi?dir. Bu, Nizaminin sinfi m?nafeyi il? d?uy?un idi. Nizami sarayda yazıb-yaradaraq feodal zad?gan t?b?q?sinin m?nafeyini mudafi? ed?n ?airl?rin ?ksin? olaraq, omurunun sonuna kimi do?ma G?nc? ??h?rind?n ayrılmamı? v? xalq ic?risind? ya?amı?dır. O, yaradıcılı?ında, xalq ifad? v? m?s?ll?rind?nkulli miqdarda istifad? edib, ?s?rl?rinin movzu v? ideyaları il? xalqın m?nafeyini mudafi? etmi?dir.

E. Y. Bertels Nizaminin "Sirl?r X?zin?si"nd?ki didaktikadan danı?dıqda, gost?rir ki, fars dilind? ibr?t v? n?sih?t ruhlu ?d?biyyat numun?l?rini cox q?dim zamanda yaradılmı? "?br?t kitabları" nda, bizim eranın III?IV ?srl?rind? Sasanil?rin hakimiyy?ti dovrund? Z?rdu?t kahinl?rinin yaratdı?ı muxt?lif "Ayinnam?l?r" d? axtarmaq lazımdır. Bu ibr?t kitabları v? "Ayinnam?"l?r ?sas?n olk?nin idar? yolları v? kahinl?rin ?xlaqı haqqında yazılırdı. Bundan ?lav? XI?XII ?srl?rd?n ba?layaraq sufi ruhanil?r m?clisl?r t??kil edir, dini etikadan danı?ır, bu v? ya dig?r mulahiz?ni muvafiq hekay?l?rl? mohk?ml?ndirirdil?r. E. Y. Bertels? gor? , ist?r S?nainin "H?diq?t-ul-h?qaiq" i, ist?rs? d?, Nizaminin "Sirl?r X?zin?si" poemalarının qurulu?u v? ideyaları da h?min bu m?x?zl?r ?sasında yaradılmı?dır. [73]

Nizami "Sirl?r X?zin?si"ni yazark?n h?r ?eyd?n ?vv?l Az?rbaycan xalqının yaratdı?ı v? ya Az?rbaycan xalqı ic?risind? yayılmı? folklordan b?hr?l?nmi?dir. [74] Lakin o, h?m d? ??rq xalqlarının ? iranlıların, cinlil?rin, hindlil?rin, cinlil?rin, ?r?bl?rin v? ba?qalarının folklorunu da m?nims?mi?, ?s?rl?rini yaradark?n oz movzu v? ideyalarını h?min xalqların folkloru il? d? z?nginl??dirmi?dir. [75]

Nizaminin istifad? etdiyi folklor numun?l?rind?n biri d? cox q?dim zamanlarda yaradılmı? v? bizim dovr? q?d?r g?lib cıxmı? "B?xtiyarnam?" dastanıdır. [76] Bundan ?lav? Az?rbaycan v? ??rq xalqlarının folklorunun m?hsulu olan na?ıllarda, dastanlar da Nizaminin faydalandı?ı m?nb?l?r sırasındadır. Nizami "Sirl?r X?zin?si"ni yaradark?n xalq yaradıcılı?ının t?siri altında yaradılmı? ictimai dovl?t qurulu?u v? ?xlaq m?s?l?l?rind?n b?hs ed?n, ozun? q?d?r yaradılıb ?ohr?tl?nmi? yazılı ?s?rl?rd?n d? istifad? etmi?dir. S?lcuqluların dovl?t v? ?xlaq prinsipl?rini ozund? c?ml??dir?n m??hur S?lcuqlu v?ziri Nizamulmulkun ictimai-f?ls?fi n?sr ?s?ri olan "Siyas?tnam?" d? bel? ?s?rl?rd?n biridir. "Siyas?tnam?"d? d? dovl?ti idar? etm?k, ?dal?tli olmaq, pad?ahların ?xlaqı haqqında bir sıra f?sil v? hekay?l?r vardır. [77] "Siyas?tnam?"d? h?tta Nizaminin "Sultan S?nc?r v? qarı" hekay?sinin m?zmununa uy?un bir hekay? d? vardır. [78] Nizaminin "Sirl?r X?zin?si"nd?n t?xmin?n yuz il ?vv?l yazılmı? " Qabusnam? " ?s?rind? d? "Sirl?r X?zin?si" il? ox?ar movzuların olması, t?dqiqatcılara Nizaminin h?min ?s?r il? d? tanı? oldu?unu soyl?m?y? imkan vermi?dir. [79]

"Sirl?r X?zin?si" v? "K?lil? v? Dimn?"

[ redakt? | m?nb?ni redakt? et ]

Nizaminin "Sirl?r X?zin?si"nd? toxundu?u movzular il? q?dim " K?lil? v? Dimn? " movzuları arasında yaxınlıq, mu?yy?n m?qamlarda is? ox?arlı?ın olması, t?dqiqatcıların "Sirl?r X?zin?si"nin ?sas m?nb?l?rind?n birinini d? "K?lil? v? Dimn?" oldu?unu du?unm?l?ri ucun ?sas vermi?dir. Nizaminin "K?lil? v? Dimn?" il? tanı? olmasına ?ubh? edilmir. Bel? ki, " Xosrov v? ?irin "d? Bozorq Umidin Xosrova "K?lil? v? Dimn?"d?n qırx n?sih?t verm?si Nizaminin "K?lil? v? Dimn?"y? d?rind?n b?l?d oldu?unu subut edir. [80]

?air, "Sirl?r X?zin?si"nd? saraydan v? saray ?airl?rinin acınacaqlı aqib?tind?n danı?ark?n, sarayda ya?ayıb yaradan ?airl?rin n?hay?td? ?ahların ?li il? c?zalandırılaca?ını gost?rir v? saraylardan uzaqlarda, asud? ya?ama?ı ustun tutur. H?min motiv?, eyniyl? "K?lil? v? Dimn?"d? d? rast g?linir. "K?lil? v? Dimn?"d? deyilir ki, pad?ahlarla dost olanlar canlarını salamat saxlaya bilm?zl?r. [81] "Harrun-?r-R??idl? d?ll?yin dastanı"ndan cıxarılan n?tic?, eyni il?, "K?lil? v? Dimn?"d? pul, x?zin? ustund? oturan sicanın hekay?tind? d? ozunu gost?rir. "Sirl?r X?zin?si"nd? tamahkarlıq v? h?rislik ?idd?tl? t?nqid edildiyi kimi, "K?lil? v? Dimn?"d? d? butun b?laların m?nb?yinin tamahkarlıq v? h?rislik olması, ?sil dovl?tliliyin gozutoxluq olub, q?na?tl? dolanma?a ?saslanması gost?rilir.

"K?lil? v? Dimn?"d? k?ndli o?lunun dili il? ?m?k, z?hm?t haqqında deyil?n sozl?rin "Sirl?r X?zin?si"nd? d? ?sas goturulduyunu ayd?n gorm?k mumkundur. Nizami "Sirl?r X?zin?si"nd? zalımın zulmunu uzun? cırpma?ı, zalımdan qorxmama?ı qarı v? do?ru danı?an qoca simasında vermi?dis?, "K?lil? v? Dimn?"d? d? a?ıllı o adam sayılır ki, a?asının razıla?mayaca?ını bildiyi halda oz m?sl?h?tl?rini ondan ?sirg?m?sin, a?ıllı m?sl?h?tl?ri ucun t?qib edilm?kd?n qorxmasın. [82] Nizaminin s?birli olmaq haqqında "Ovcu, it v? tulku" haqqındakı dastanı yen? "K?lil? v? Dimn?"d? olan "Zahidin ya?-bal barda?ını sındırması" hekay?si il? s?sl??ir. [83]

"Sirl?r X?zin?si" v? "H?diq?tul-h?qaiq"

[ redakt? | m?nb?ni redakt? et ]

Bir sıra t?dqiqatcılar, o cuml?d?n Y. E. Bertels "Sirl?r X?zin?si"nd?n, onun ideya v? movzularından b?hs ed?rk?n, Nizaminin s?l?fi sayılan S?nai v? onun " H?diq?tul-h?qaiq " ?s?rini on plana c?kirl?r. X. Huseynov qeyd edir ki, "Nizami "Sirl?r X?zin?si"ni yazark?n, ?ubh?siz, S?nai yaradıcılı?ı, onun "H?diq?t-ul-h?qaiq" ?s?ri il? tanı? olmu?dur. [84] "Sirl?r X?zin?si"nd? S?nainin yad edilm?si, XII ?srd? ya?amı? ba?qa bir Az?rbaycan ?airi Xaqani ?irvaninin ilkin t?x?llus olaraq " H?qaiqi " t?x?llusu secm?si, habel? S?naiy? ?eir h?sr etm?si, bu ?airin ?s?rl?rinin o dovrd? Az?rbaycan ?razisind? m??hur oldu?unu gost?rir. T?dqiqatcıların fikrinc?, Nizaminin "Sirl?r X?zin?si"nd?ki bir sıra movzuların S?nainin ?s?rinin movzuları il? uy?un g?lm?si hec d? Nizamini istinad etdiyi ?sas m?nb?nin S?nainin ?s?ri olmasını soyl?m?y? ?sas vermir. [84] H?m "Sirl?r X?zin?si", h?m d? "H?diq?t-ul-h?qaiq"in ?sas m?nb?sinin xalq yaradıcılı?ı olması, h?m S?nai, h?m d? Nizaminin ??rq xalqlarının folklorundan bolluca istifad? etm?si ox?ar movzuların secilm?sinin ?sas s?b?bidir. [84]

"H?diq?t-ul-h?qiq"in Nizaminin "Sirl?r X?zin?si" m?sn?visin? q?d?r, ??rq ?erind? ?xlaqi-didaktika v? f?ls?f? movzusunda yaradılmı? birinci poetik ?s?r olması, Nizaminin s?l?finin ?s?rin? bigan? qalması istisna edilir. [29] [85] Nizami S?nainin ?s?rind? qoyulmu? b?zi movzuları q?l?m? almaqla, hec d? onun uslubunu, movzu v? ideyalarını da oldu?u kimi t?krar etm?mi?, h?min movzuları oz sinfi m?nafeyi baxımından i?l?mi?, oz dunyagoru?un? uy?unla?dırmı?dır. "Sirl?r X?zin?si"nd? oldu?u kimi, "H?diq?t-ul-h?qaiq"d? d? pis ?m?ll?r? alud? olanların tezlikl? bu ?m?ll?rd?n uz dond?rib tovb? etm?yinin lazım oldu?u t?svir edilir. S?naiy? gor? ?n pis, zalım adam oz ?m?ll?rini bil?-nil? tovb? edib, h?min ?m?ll?rd?n qayıtmayanlardır. [86] Lakin, Nizaminin "Sirl?r X?zin?si"nd? qoyulmu? fikirl?rin ?ksin? olaraq, S?nai oz ?s?rind? insanın butun zulm, ?ziyy?t v? m?hrumiyy?tl?r? dozm?sini tovsiy? edir. S?naiy? gor?, onasan oz guz?ranının yax?ıla?dırılması ucun calı?mamalı, mubariz? aparmamalıdır, cunki, insan dunyaya g?l?nd?, onun ruzisi Allah t?r?find?n verilmi?dir. ?g?r yoxsulsansa yoxsullu?una ?ukur etm?lis?n, Allah ist?s? idi s?ni n?inki yoxsul bir insan, h?tta bir heyvan v? ya bitki d? yarada bil?rdi. [87] "Sirl?r X?zin?si"nd? is? tamamil? bu fikirl?rin ?ksi verilir. Nizamiy? gor?, insan hec vaxt movcud v?ziyy?tl? kifay?tl?nm?m?li, oz huquq v? guz?ranı u?runda mubariz? aparmalıdır. ?m?k insan dovl?tinin ?sasıdır. Butun m?hrumiyy?tl?rd?n qurtarmaq ucun ?m?kl? m???ul olmaq, h?tta lazım olduqda hiyl? il? i? gorub, f?l?kd?n yaxa qurtarmaq m?sl?h?t gorulur ki, bu da "Sirl?r X?zin?si"ni "H?diq?t-ul-h?qaiq"d?n tamamil? f?rql?ndirir. [88]

  1. Nizami G?nc?vi ? Sirl?r X?zin?si, Onsoz, Bakı, 2004
  2. 1 2 X. Huseynov ? Nizaminin "Sirl?r X?zin?si", Bakı, 1983, s?h 171
  3. H. Araslı ? Sirl?r X?zin?si (mu?ddim?), Nizami, Sirl?r X?zin?si, Bakı, 1947, s?h. 3?11
  4. Е. Э. Бертельс ? "Сокровищница тайн" (передисловие), Низами Гянджеви, Сокрови Сокровищница тайнщница тайн, Москва, 1959, s?h. 11
  5. F. Qasımzad? ? "M?xz?n-ul-?srar" ?s?ri haqqında, (Muq?ddim?), Nizami, Sirl?r X?zin?si, Bakı, 1940, s?h. 5
  6. Nizami G?nc?vi ? M?xz?n-ul-?srar, m?tne elmi o entaqadi b?s?ye v? ehtmam ?. ?. ?lizad?, Bakı, 1960, s?h. 48
  7. Nizami G?nc?vi ? M?xz?n-ul-?srar, m?tne elmi o entaqadi b?s?ye v? ehtmam ?. ?. ?lizad?, Bakı, 1960, s?h. 44
  8. Nizami G?nc?vi ? M?xz?n-ul-?srar, m?tne elmi o entaqadi b?s?ye v? ehtmam ?. ?. ?lizad?, Bakı, 1960, s?h. 99
  9. Nizami G?nc?vi ? M?xz?n-ul-?srar, m?tne elmi o entaqadi b?s?ye v? ehtmam ?. ?. ?lizad?, Bakı, 1960, s?h. 114
  10. X. Huseynov ? Nizaminin "Sirl?r X?zin?si", Bakı, 1983, s?h. 42
  11. G. Darab ? Makzanol Asrar, the treasury of misteries of Nezami of Ganjen, London, 1948, s?h. 34
  12. Nizami G?nc?vi ? M?xz?n-ul-?srar, m?tne elmi o entaqadi b?s?ye v? ehtmam ?. ?. ?lizad?, Bakı, 1960, s?h. 204
  13. A?a ?hm?d ? H?ft Asiman, K?lkutt?, 1873, s?h. 37 ? 38
  14. Е. Э. Бертельс ? Низами и Физули, Москва, 1962, s?h. 173
  15. A. ?hm?d ? H?ft Asiman, K?lkutt?, 1873, s?h. 50
  16. X. Huseynov ? Nizaminin "Sirl?r X?zins?si", Bakı, 1983, s?h. 79
  17. 1 2 Ducta ? Ferhad and Schirin, Praha, 1933
  18. М. Рафили ? Низами (жизн и творчество), Баку, 1939
  19. Moh?mm?d Rav?ndi ? Rah?t-us-sudur v? ay?t-us-surur, London, 1921
  20. Ducta ? Ferhad and Schirin, Praha, 1933, s?h 57 ? 58
  21. Mirz? M?h?mm?d Azadbelgarami ? X?zaneye amire, Tehran, 1337
  22. H?s?n Porniya-Dastanhaye ?rane q?dim, Tehran, 1307, s?h 252
  23. Dovl?t?ah S?m?rq?ndi ? T?zkir?t u?-?u?ra, London-Leyde, 1901, s?h. 59
  24. ?. Mubariz ? Boyuk humanist, "?nc?s?n?t v? M?d?niyy?t", 1947, N3
  25. Rezaqolixan Heday?t ? M?cm?-ul-?arifin, Tehran, 1905, s?h 1312 ? 1316
  26. X. Yusifli ? Nizaminin "Sirl?r X?zin?si", Bakı, 1983, s?h. 9
  27. S. N?fisi ? Q?said o ??z?iliyyate Nizami G?nc?vi, Tehran, 1334, s?h 21
  28. С. Девек ? Первый Eвропейский перевод из Низами, "Народы Азии и Африки", 1961, № 3, s?h. 157?159
  29. 1 2 Е. Э. Бертельс ? Низами и Физули, Москва, 1962, s?h. 17
  30. W. Bacher ? Nezamis Leben und Werke, Leipsig, 1871
  31. X. Yusifli ? Nizaminin "Sirl?r X?zin?si", Bakı, 1983, s?h. 10
  32. W. Bacher ? Nezamis Leben und Werke, Leipsig, 1871, V?VI
  33. M. ?. R?sulzad? ? Azerbaycan ?airi Nizami, Ankara, 1951, s?h. 565
  34. Herman Ete ? Tarixe ?d?biyyate farsi, Tehran, 1318, s?h 102
  35. X. Yusifli ? Nizaminin "Sirl?r X?zin?si", Bakı, 1983, s?h. 11
  36. V. Minorsky ? Maknzanol Asrar (Reviews of books) BSOAS, London, 1948
  37. V. D?stgerdi ? D?ft?re H?ftom G?nciney G?nc?vi, Tehran, 1318, s?h. 87
  38. S. N?fisi ? Q?said o ??z?liyyate Nezami G?nc?vi, Tehran, 1388, s?h. 72?78
  39. S. N?fisi ? Q?said o ??z?liyyate Nezami G?nc?vi, Tehran, 1388, s?h. 303
  40. S. N?fisi ? Q?said o ??z?liyyate Nezami G?nc?vi, Tehran, 1388, s?h. 23
  41. ?li ?kb?r ??habi ? Nezami ?aere dastans?ra, Tehran, 1334, s?h. 48
  42. M. F. Koprulu ? Turk edebiyyatı tarihi, ?stanbul, 1921, s?h. 208
  43. M. E. Resulzade ? Azerbaycan ?airi Nizami, Ankara, 1951, s?h. 122 ? 128
  44. H. Araslı ? Nizami v? Az?rbaycan xalq ?d?biyyatı, "Nizami" m?cmu?si, Bakı, 1947
  45. C. X?ndan ? ?ctimai fikirl?rin b?dii t?r?nnumcusu, "Kommunist" q?zeti, 17 noyabr 1947
  46. H. Araslı ? ?airin h?yatı, Bakı, 1940
  47. М. Шагинян ? О "Сокровищнице тайн" Низами Гянджеви, Известия. Азерб. Филиала АН ССР, 1941, № 6, s?h. 101?102
  48. Q. K?ndli ? Nizami v? Z?rdu?t f?ls?f?sinin b?zi m?s?l?l?ri, Az?rb. SSR. EA "X?b?rl?r"inin ?d?biyyat, dil, inc?s?n?t seriyası, Bakı, 1966, N1
  49. М. Шагинян ? О "Сокровищнице тайн" Низами Гянджеви, Известия. Азерб. Филиала АН ССР, 1941, № 6
  50. Poems from the Persian, Philadelphia, 1964, s?h. 60
  51. J. Rypka ? Dejiny perskea Tadzicke Literatury, Praha, 1963, s?h. 111
  52. A. Pogliaro ? Storia della letterature persiana, Milano, 1960, s?h. 642
  53. M. V. MvDonald ? The religious and social views Nizami of Genjen, London, 1963, s?h. 97?99
  54. R. Azad? ? Nizami G?nc?vi, Bakı, 1979, s?h. 31
  55. R. Azad? ? Nizami G?nc?vi, Bakı, 1979, s?h.32
  56. M?xz?n-ul-?srar h?kim Nezami Qomi ??hir be G?nc?vi, be?gu???e Hoseyn Pejman B?xtiyari, Tehran, 1344.
  57. Е. Э. Бертельс ? Низами и Физули, Москва, 1962, s?h. 19
  58. 1 2 Nizami G?nc?vi ? M?xz?n-ul-?srar, m?tne elmi o entaqadi b?s?ye v? ehtmam ?. ?. ?lizad?, Bakı, 1960
  59. X. Huseynov ? Nizaminin "Sirl?r X?zin?si", Bakı, 1983, s?h 31
  60. M?xz?n-ul-?srar h?kim Nezami G?nc?vi, beku???e Hoseyn Pejman B?xtiyari, Tehran, 1344
  61. X. Huseynov ? Nizaminin "Sirl?r X?zin?si", Bakı, 1983, s?h 28
  62. Е. Э. Бертельс ? Низами и Физули, Москва, 1962, s?h. 137 ? 199
  63. Е. Э. Бертельс ? Низами и Физули, Москва, 1962, s?h. 200 ? 201
  64. 1 2 H. Araslı ? Nizamid? xalq sozl?ri, xalq ifad? v? z?rbi-m?s?ll?ri, SSR? EA Az?rb. Filialının "X?b?rl?r"i, 1942, N10
  65. J. Rypka ? Dejiny perskeaTadzicke Literatury, Praha, 1963, s?h. 397?401
  66. S. N?fisi ? Q?said o ??z?liyyate Nezami G?nc?vi, Tehran, 1338, s?h. 51
  67. Е. Э. Бертельс ? Низами и Физули, Москва, 1962, s?h. 174
  68. A. ?hm?d ? H?ft Asiman, K?lkutt?, 1873, s?h. 51
  69. Nizami G?nc?vi ? M?xz?n-ul-?srar, m?tne elmi o entaqadi b?s?ye v? ehtmam ?. ?. ?lizad?, Bakı, 1960, s?h. 37
  70. A?a ?hm?d ? H?ft asiman, K?lkutt?, 1873, s?h. 47
  71. X. Huseynov ? Nizaminin "Sirl?r X?zins?si", Bakı, 1983, s?h. 80
  72. A?a ?hm?d ? H?ft asiman, K?lkutt?, 1873, s?h. 52?191
  73. Е. Э. Бертельс ? "Сокровищница тайн" (передисловие), Ниэами Гянджеви, Сокровищница тайн, Москва, 1959, s?h. 10?11
  74. X. Huseynov ? Nizaminin "Sirl?r X?zins?si", Bakı, 1983, s?h. 67
  75. S?lim Neysari ? Tarixe ?d?biyyate ?ran, Tehran, 1334, s?h. 331
  76. X. Huseynov ? Nizaminin "Sirl?r X?zins?si", Bakı, 1983, s?h. 68
  77. ?bu ?li H?s?n Nizamulmulk ? Siyas?tnam? ya siy?r ?l-mulk, Tehran, 1310, s?h. 13?15
  78. ?bu ?li H?s?n Nizamulmulk ? Siyas?tnam? ya siy?r ?l-mulk, Tehran, 1310, s?h. 39?42
  79. X. Huseynov ? Nizaminin "Sirl?r X?zins?si", Bakı, 1983, s?h. 71
  80. S?lim Neysari ? Tarixe ?d?biyyate ?ran, Tehran, 1334, s?h. 334
  81. K?lil? v? Dimn?, Bakı, 1960, s?h. 87
  82. K?lil? v? Dimn?, Bakı, 1960, s?h. 106
  83. Е. Э. Бертельс ? "Сокровищница тайн" (передисловие), Ниэами Гянджеви, Сокровищница тайн, Москва, 1959, s?h. 10?13
  84. 1 2 3 X. Huseynov ? Nizaminin "Sirl?r X?zins?si", Bakı, 1983, s?h. 73
  85. S. N?fisi ? Q?said o ??z?liyyate Nezami G?nc?vi, Tehran, 1338, s?h. 20
  86. M. S?nai ? H?diq-?l-h?qayeq, ??rh ?z t?r?fe qazi R?fi?ddin d?st?nvis, s?h. 79
  87. M. S?nai ? H?diq-?l-h?qayeq, ??rh ?z t?r?fe qazi R?fi?ddin d?st?nvis, s?h. 87
  88. X. Huseynov ? Nizaminin "Sirl?r X?zins?si", Bakı, 1983, s?h. 75

H?mcinin bax

[ redakt? | m?nb?ni redakt? et ]
  • Nizami, G?nc?vi. X?lil, Yusifli (redaktor). Sirl?r X?zin?si (PDF) (az.) ) . t?rc.: X?lil Rza Uluturk . Bakı : Lider . 2004. s?h. 264 s?h. ISBN   978-9952-417-06-1 . ?stifad? tarixi: 2014-12-19 .
  • Nizami, G?nc?vi. ?lyar, S?f?rli (redaktor). Sirl?r X?zin?si (PDF) (az.) ) . t?rc.: X?lil Yusifli . G?nc? : Elm . 2008. s?h. 253 s?h. ISBN   5-8066-1638-4 . ?stifad? tarixi: 2014-12-19 .
  • Nizami, G?nc?vi. ?hm?da?a, ?hm?dov (redaktor). M?xz?nul-?srar (PDF) (az.) ) . t?rc.: Mirc?lal Z?kiyev . Bakı. 2008. s?h. 327 s?h . ?stifad? tarixi: 2014-12-19 .
  • Nizami, G?nc?vi. Afaq, Yusifli (redaktor). Sirl?r X?zin?si (PDF) (az.) ) . t?rc.:X?lil Yusifli. Bakı: Adilo?lu . 2011. s?h. 388 s?h. ISBN   5-8066-1638-4 . ?stifad? tarixi: 2014-12-19 .

Xarici kecidl?r

[ redakt? | m?nb?ni redakt? et ]