M?h?mm?d A?ao?lu

Vikipediya saytından
Naviqasiyaya kec Axtarı?a kec
M?h?mm?d A?ao?lu
A?ao?lu M?h?mm?d b?y A?a o?lu
Do?um tarixi 24 avqust 1896 ( 1896-08-24 ) [1]
Do?um yeri
V?fat tarixi 4 iyul 1949 ( 1949-07-04 ) [1] (52 ya?ında)
V?fat yeri
H?yat yolda?ı
T?hsili
F?aliyy?ti s?n?t?unas , professor , kurator [d] , redaktor [d]
Elmi d?r?c?l?ri
Vikianbarın loqosu  Vikianbarda ?laq?li mediafayllar

M?h?mm?d A?ao?lu ( ing. Mehmet Aga-Oglu ; 24 avqust 1896 [1] , ?r?van , ?r?van q?zası , ?r?van quberniyası , Rusiya imperiyası ? 4 iyul 1949 [1] , Detroyt , Miciqan , AB? ) ? alim-s?n?t?unas, filologiya elml?ri doktoru , professor .

M?h?mm?d A?a o?lu A?ayev 1896 -cı il avqustun 24-d? ?r?van quberniyasının m?rk?zi ?r?van ??h?rind? ziyalı ail?sind? anadan olmu?dur. ?btidai t?hsilini burada m?dr?s?d? almı?, sonra 1912 -ci ild? gimnaziyanı bitirmi? v? h?min il Moskva Universitetinin ??rq?unaslıq fakult?sin? daxil olmu?dur. A?ao?lu burada q?dim ??rq inc?s?n?t tarixi, ?d?bi v? f?ls?fi fikri il? tanı? olmu? v? bu onda t?dqiqatcılı?a meyl oyatmı?dır. O, 1916-cı ild? MDU-nu [3] , 1926-cı ild? is? Vyana Universitetinin ??rq?unaslıq fakult?sini bitirmi?dir. [4] [5]

MDU-nu bitirdikd?n sonra M?h?mm?d A?ao?lu 1916-1919-cu ill?rd? ??rq m?d?niyy?ti v? islam inc?s?n?tini oyr?nm?k ucun Turkiy? , Turkistan ?ran , ?raq , Suriya v? Orta Asiyaya s?f?r etmi?, filologiya elml?ri uzr? doktorluq dissertasiyası mudafi? etdikd?n sonra Bakıya kocmu?dur. 1920 -ci ild? Turkiy?y? muhacir?t etmi?, ?stanbul Universitetin? daxil olmu?dur. Geni? erudisiyalı ??rq?unas alim kimi tanınmı?, Az?rbaycan, ?r?b, fars, rus, ingilis, alman, fransız, latın v? yunan dill?rini muk?mm?l bilmi?dir.

M?h?mm?d A?ao?lu Az?rbaycan Xalq Cumhuriyy?tinin qurulmasında, h?mcinin h?min dovrd? m?d?ni quruculuq i?l?rind? bır sıra maarif m?d?niyy?t v? s?n?t ocaqlarının yaradılmasında, muzey?unaslıq, q?dim maddi m?d?niyy?t numun?l?rini qorumaq sah?sind? f?al calı?mı?dır. O, Bakıda "?stiqbal" muzeyi yaradır, eyni zamanda arxeologiya v? etnoqrafiya c?miyy?tl?rinin t??kilind? i?tirak edir. " Q?dim abid?l?rin mudafi?si C?miyy?ti " A?ao?lunun t???bbusu v? kom?yi il? yaradılmı?dır. ?stanbul muzeyl?rinin direktoru X?lil ?dh?min m?sl?h?t v? kom?yi il? 1923-1927-ci ill?rd? ??rq?unas aliml?rin kurslarında ??rq dill?ri v? m?d?niyy?ti say?sind? biliyini t?kmill??dirmi?, yuks?k ixtisas qazanmı?dır. H?mcinin elmi t?dqiqatına gor? 1926-cı ild? f?ls?f? elml?ri doktoru alimlik d?r?c?sin? layiq gorulmu?dur.

Avropada oxuyan Cumhuriyy?t t?l?b?l?ri umumi yı?ınca?ı (Berlin, Anadolu klubu, 1922-1923-cu ill?r). Tam m?rk?zd?ki xanım ? Q?m?r A?ao?lu (Talıbxanb?yli) , onun arxasında h?yat yolda?ı M?h?mm?d A?ao?lu

M?h?mm?d A?ao?lu Az?rbaycan Xalq Cumhuriyy?ti suqut etdikd?n sonra Turkiy? v? Avstriyaya ya?amı?dır. 1927-1928-ci ill?rd? ?stanbulda Milli Muzeyin "cinli ko?k" islam inc?s?n?ti bolm?sin? mudirlik etmi?, eyni zamanda ?stanbul Universitetinin inc?s?n?t kafedrasında professor asistenti v?zif?sind? calı?mı?dır. El? h?min ild? "Turk v? ?slam ?s?rl?ri" muzeyinin ?v?zedici direktoru v?zif?sin? t?yin edilmi?dir.

M?h?mm?d A?ao?lu 1929-cu ild? AB? -y? koc?r?k omrunun sonunad?k orada ya?ayır. Burada Detroyt ?nc?s?n?t ?nstitutunda Yaxın ??rq m?d?niyy?ti v? inc?s?n?ti ?ob?sini t??kil etmi?, mus?lman ??rq xalqlarının dekorativ s?hn? numun?l?rind?n ibar?t boyuk s?rgi acmı?, coxlu kolleksiya toplamı?dır. Onun say?sind? Detroyt " ?slam inc?s?n?ti qalereyası " z?nginliyi il? secilmi?dir. 1933-38-ci ill?rd? M?h?mm?d A?ao?lu Detroyt universitetind? ??rq xalqları m?d?niyy?ti kafedrasının professoru olmu?dur.

O, Az?rbaycan , Turkiy?, ?ran v? ba?qa ??rq olk?l?rinin inc?s?n?t tarixini t?dqiq ed?r?k ??rq miniaturu, xalca, b?dii metal v? parca s?n?tin? dair qiym?tli ?s?rl?r yazmı?dır. M?h?mm?d A?ao?lu 50-d?n artıq Az?rbaycan, Turkiy?, ?ran, ?r?b ??rqi v? Turkistan xalqlarının inc?s?n?t, arxitektura, memarlıq tarixin?, t?sviri v? dekorativ t?tbiqi s?n?tinin ayrı-ayrı probleml?rin? dair Amerika v? Avropada d?rc edilmi? elmi ?s?rin, h?mcinin "?slam inc?s?n?ti tarixi" ( turk. ?slam Sanat Tarihi ; ?stanbul, 1928), "XV ?srd? ?randa kitab capı" ( ing. Persian Bookbindings of the Fifteenth Century ; Ann-Arbor, 1935), "S?f?vil?r dovrunun manufaktura v? xalcaları" ( ing. ?awafid Rugs and Textiles, The Collection of the Shrine of Im?m ?Ali at al-Najaf ; Nyu-York, 1941) kitablarının mu?llifidir. Bu m?qal?l?rd?n ?stanbul Topqapı sarayı muzeyinin kitabxanasında saxlanan b?zi nam?lum ?lyazmaları v? bir nec? illustrasiyalı ?lyazmaları haqqında ilkin qeydl?r, "Frir inc?s?n?t qalereyasında saxlanan "Xosrov v? ?irin" ?lyazması" orta ?sr Az?rbaycan inc?s?n?tind?n b?hs edir.

M?h?mm?d A?ao?lu (soldan ba?da? qurub oturan 3-cu) "Firdovsinin anadan olmasının min illiyi" t?dbirind?, Tehran Universitetinin hey?ti (Tehran, 1934-cu il)

1934-cu ild? Firdovsinin anadan olmasının min illiyi munasib?til? Tehranda keciril?n Beyn?lxalq ??rq?unaslıq konqresind? Detroyt ?nc?s?n?t ?nstitutunu v? Miciqan Universitetini t?msil etmi?dir.

Onu m?d?niyy?t m?rk?zl?rin? muhazir? oxuma?a v? ?slam inc?s?n?t s?rgisi t??kil etm?y? d?v?t etmi?l?r. ??rq m?d?niyy?ti v? inc?s?n?tinin unudulmu? abid?l?rini, s?n?t ?s?rl?rini t?dqiq v? t?bli? etm?si ona dunya ??rq?unaslı?ı salnam?sind? olm?z movqe qazandırmı?dır. A?ao?lu 1934-cu ild? t?sis etdiyi "Ars ?slamika" ("?slam inc?s?n?ti") adlı jurnalın omrunun sonunad?k na?iri v? redaktoru olmu?dur [6] . 4 iyul 1949-cu ild? [7] Amerikanın Detroyt ??h?rind? v?fat etmi?dir. [4] [5]

H?mcinin bax

[ redakt? | m?nb?ni redakt? et ]
  1. 1 2 3 4 Nekroloq .
  2. 1 2 3 4 finding aid .
  3. Tahirzad?, ?dal?t . T?hsil tariximiz: yeni bilgil?r. Ali t?hsil tariximizd?n Arxivl??dirilib 2018-06-15 at the Wayback Machine . " Az?rbaycan mu?llimi " q?zeti (№5, 3 fevral 2012)
  4. 1 2 "Gork?mli az?rbaycanlılar" (PDF) . 2019-03-20 tarixind? arxivl??dirilib (PDF) . ?stifad? tarixi: 2019-02-26 .
  5. 1 2 "Az?rbaycanda ilk dovl?t muzeyi" . 2022-01-17 tarixind? arxivl??dirilib . ?stifad? tarixi: 2019-02-26 .
  6. Vilay?t Quliyev . Cumhuriyy?t yazıları. Bakı : Capar yayınları. 2021. s?h. 365. ISBN   9056041100361 .
  7. Weibel, Adele Coulin. (1951). "Mehmet Aga-Oglu (1896-1949)" Arxivl??dirilib 2022-04-25 at the Wayback Machine . Ars Islamica (ingilisc?). The Smithsonian Institution. Vol. 15/16 (1951), pp. 267-271